Azərbaycan Mərkəzi Bankı mütəmadi olaraq ölkəmizin tarixinə, mədəniyyətinə, elminə, incəsənətinə, eləcə də, idman, görkəmli şəxsiyyətlər, əlamətdar hadisələrə, mövzulara həsr olunmuş yubiley və xatirə pul nişanları tədavülə buraxır.
Tədavülə buraxılmış bütün yubiley və xatirə pul nişanları Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsidir.
Hazırda satışda olan yubiley və xatirə pul nişanlarının sayı 18-dir.
![Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları [siyahı] 1 Pul nişanı](https://banker.az/wp-content/uploads/2019/11/Pul-nişanı.jpg)
Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyinə, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə, Əsrin müqaviləsinin imzalanmasının 20 illiyinə həsr olunmuş, qızıldan hazırlanan pul nişanlarının çəkisi və qiyməti də eynidir (2869.77 manat).
![Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları [siyahı] 2 Pul nişanı1](https://banker.az/wp-content/uploads/2019/11/Pul-nişanı1.jpg)
Cümhuriyyətin 100 illiyinə həsr olunmuş digər pul nişanı da qızıldandır, çəkisi 1/2 unsiya, qiyməti isə 1589.88 manatdır.
![Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları [siyahı] 3 Pul nişanı2](https://banker.az/wp-content/uploads/2019/11/Pul-nişanı2.jpg)
Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyinə həsr olunmuş pul nişanı da gümüşdəndir.
![Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları [siyahı] 4 Pul nişanı3](https://banker.az/wp-content/uploads/2019/11/Pul-nişanı3.jpg)
Yubiley və xatirə pul nişanlarını əldə etmək istəyən vətəndaşlar Mərkəzi Bankın Elektron Xidmətlər portalında “Elektron müraciətlər Sistemi”nə daxil olaraq (link: https://contact.e-cbar.az/) sifariş edə bilərlər.
Həmin pul nişanlarının satış qiyməti onların Mərkəzi Bankdan satın alındığı günə qiymətli metalların dünya bazarındakı qiymətindən asılı olaraq dəyişə bilər.
Digər yubiley və xatirə pul nişanlarının qiymətləri isə aşağıdakı cədvəldə göstərilib.
©Oxu.az



![Azərbaycanda satışda olan yubiley və xatirə pul nişanları [siyahı] 5 Pul nişanı4](https://banker.az/wp-content/uploads/2019/11/Pul-nişanı4.jpg)




