13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda saxlanılan 2 İran vətəndaşı ölkələrinə qaytarılıb

Azərbaycan humanizm, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərindən çıxış edərək və xoş niyyət nümayiş etdirərək İran vətəndaşları Barzegar Haghı Jafar Ghazanfar və Norouzı Shahroud Heıdarı müvafiq razılaşmaya əsasən bu gün səhər saatlarında öz ölkələrinə qaytarıb.

Bu barədə Dövlət Gömrük Komitəsi xəbər verir.

Xatırladaq ki, adıçəkilən şəxslər malları sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycanın gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmələri, habelə mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda, qanunsuz olaraq keçdiklərinə görə saxlanılmışdılar.

 

Son xəbərlər
Digər xəbərlər