12 C
Baku
Tuesday, November 19, 2024

Azərbaycanda “saxta əlillik” düzəltmək istəyən iki nəfər həbs olunub

“Bu il bizə daxil olan məlumat əsasında məlum oldu ki, iki dəllal şəxs vətəndaşları aldadaraq onlara saxta əlillik düzəltmək istəyib. Baş Prokurorluğa müraciət etdik və məsələ araşdırıldı”.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib.

Sədr bildirib ki, həmin şəxslər həbs olundu: “Faktlar onu göstərir ki, hələ də belə dəllallıqla məşğul olan şəxslər var və onlara qarşı da daim ciddi mübarizə aparılır. Müddətli əlilliyi olan vətəndaşlara müraciət etmək istəyirəm ki, əlillik müddətlərinin bitmə vaxtını unutmasınlar, yenidən təkrar təyinat üçün müraciət etsinlər və başqa kiməsə etibar etmədən özləri bu işlə məşğul olsunlar”.

Son xəbərlər
Digər xəbərlər