-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda saxta kriptovalyuta satmağa görə saxlanılan qadın həbs edilib

Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti sosial şəbəkələrin imkanlarından istifadə etməklə maliyyə piramidası yaradaraq dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da onların külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı. Məlumatdan bir gün sonra bəzi sosial şəbəkə istifadəçiləri iddia etdilər ki, cinayətkar dəstənin başçılarından biri olan Gülara Abdullayeva saxlanılsa da sonradan sərbəst buraxılıb. Bu iddia həqiqəti əks etdirirmi?

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusuna cavab olaraq belə iddiaların reallığı əks etdirmədiyini deyib: “Mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edildikdən sonra faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlandı və Bakı şəhər sakinləri Gülara Abdullayeva və Xəyal Yaxyayev saxlanılaraq istintaqa cəlb edildilər. Məhkəmənin qərarı ilə X.Yaxyayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi. G.Abdullayeva isə istintaq müddətində polisin nəzarətinə verilməklə buraxıldı. Lakin, sonradan G.Abdullayevanın polisin nəzarətinə verilmə qətimkan tədbirinin şərtlərini pozması və zərərçəkən şəxslərə təzyiq etməsi müəyyən olunduğundan o, yenidən saxlanılaraq məhkəməyə təqdim edildi. Məhkəmənin qərarı ilə onun barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçildi. Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.”

Son xəbərlər
Digər xəbərlər