6 C
Baku
Monday, December 15, 2025

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 1 312.3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.4
faiz azalıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, dövr ərzində sementdən, betondan kərpiclər və
oxşar məmulatların istehsalı 6.8 faiz, beton istehsalı 7.4 faiz, sement klinkerlərinin istehsalı 13.4 faiz, əhəng istehsalı isə 22.6 faiz azalıb.

2025-сi ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi üzrə armatur istehsalı 15.4 faiz, polad tökmə istehsalı 16.3 faiz, mis məftil istehsalı 92.7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatların istehsalı isə 28.1 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər