Azərbaycanda son bir ay ərzində sementin qiymətində ucuzlaşma müşahidə edilib. Bu barədə Banker.az AzStatKom-a istinadən xəbər verir.
Ölkədə 1 oktyabr 2020-ci il tarixinə 50 kq çəkidə olan sement kisəsinin orta qiyməti 7.45 manat təşkil edib. Bu öncəki ayla müqayisədə 0.01 manat ucuzlaşma deməkdir.
Qeyd edək ki, 2020-ci ilin fevralında sementin kisəsinin qiyməti 7.60 manata qədər yüksəldikdən sonra tədricən ucuzlaşıb.