2020-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 28054.9 milyon manatlıq, o cümlədən 15 milyard 121.4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12 milyard 933.5 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. Bunun da 3 milyard 490.6 milyon manatı təkcə sentyabr ayının payına düşüb. Bu isə 2020-ci il ərzində ikinci ən böyük göstəricidir.
2019-cu ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1.6 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6.3 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3.1 faiz artmışdır.
Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2.4 dəfə çox oolub.
Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:
Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2019-cu ilin yanvar – sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi | 28 054.9 | 98.4 |
o cümlədən: | ||
ərzaq məhsulları | 13 690.5 | 103.4 |
içkilər və tütün məmulatları | 1 430.9 | 100.2 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar | 4 400.6 | 85.8 |
elektrik malları və mebellər | 1 592.3 | 92.8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 225.5 | 99.8 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 498.2 | 137.4 |
avtomobil benzini və dizel yanacağı | 1 502.2 | 99.1 |
digər qeyri-ərzaq malları | 4 714.7 | 97.0 |
2020-ci ilin yanvar-sentyabr aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48.8 faizi ərzaq məhsullarının, 5.1 faizi içkilər və tütün məmulatlarının, 15.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5.7 faizi elektrik malları və mebellərin, 5.3 faizi avtomobil benzini və dizel yanacağının, 1.8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16.8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Hesabat dövründə istehlak məhsullarının dəyər ifadəsində 23.0 faizi ticarət müəssisələri, 51.9 faizi fərdi sahibkarlar tərəfindən, 25.1 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8.0 faiz, fərdi sahibkarlar üzrə 2.9 faiz artmış, bazar və yarmarkalarda isə 16.0 faiz azalmışdır.
2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 312.6 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 2.9 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 168.5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144.1 manatlıq qeyri-ərzaq malları almışdır.