2019-cu ilin yanvar-iyul ayları ərzində Respublikada sığorta yığımının həcmi 422,93 mln. manat təşkil edib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq icmal göstəricilərində deyilir.
Bildirək ki, bu ötən ilin eyni dövründə 459,85 mln. manat idi, bu isə 8 faizdən çox azalma olması deməkdir.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi cəmi 154,63 mln. manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım olması deməkdir.
Könüllü sığorta bazarı üzrə haqlar 285.6 mln. manat, ödənişlər isə 110 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 137.3 mln. manat, ödənişlər isə 44.6 mln. manat olub.
2019-cu ilin yanvar-iyul aylarında sektor üzrə məcmu sığorta haqlarının 67.5%-i könüllü, 32.5%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 71.1%-i könüllü, 28.9%-i icbari sığorta növləri hesabına formalaşıb.