Azərbaycanda Sığorta Məlumat Mərkəzi yaradıla bilər

Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər.

Bunu Bakıda keçirilən dənizçilərin sığorta sahəsində maariflənməsinə həsr edilmiş konfransda Türkiyə Sığorta İnstitutu Vəqfinin sədri Mehmet Kalkavan bildirib.

“Azərbaycanın sığorta bazarı Türkiyənin sığorta bazarı ilə sıx bağlıdır və sürətlə inkişaf edir. Türkiyədəki Sığorta Məlumat Mərkəzindən Azərbaycanda da yaratmaq, bu sahədə təcrübəmizi ölkənizə gətirmək istəyirik. Çünki iki qardaş ölkənin sığorta bazarı oxşardır”, – deyə o qeyd edib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər