13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda sığorta ödənişləri 600 mln. manata çatıb

Ötən il ərzində Azərbaycanın sığorta sektoru tərəfindən həm sahibkarlara, həm əhaliyə dəyən zərərlərin ödənişi 600 milyon manata çatıb.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.

Z. Əliyev bildirib ki, son 4 ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb: “Ötən il sığorta ödəbişlərinin həcmi tarixi rekord göstərərək 1 milyard 265 milyon manata çatıb. Sığorta olunan predmetlərin sayı artıq 7 milyondan çoxdur. Bu göstərici hər il böyüməkdə davam edir.

Sığorta sektorunun verdiyi təminatın həcmi, sığorta məbləğinin həcmi artıq yarım trilyon manata çatır. Bunu illik ÜDM ilə müqayisə etsək 4-5 dəfə yüksəkdir”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər