2024-cü ilin yanvar ayında Azərbaycanda sığorta yığımlarının həcmi 139 milyon 114 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5.5% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 38 milyon 783 min manat olub ki, bu da 10.3% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 131 milyon 814 min manat, sığorta ödənişlərinin həcmi isə 35 milyon 168 min manat olub.