31 C
Baku
Saturday, June 15, 2024

Azərbaycanda sığorta şirkətlərinin gəliri 60,5 milyon manat çatdı

2013-cü ilin nəticələrinə əsasən məlum olub ki, Azərbaycanda sığorta şirkətlərinin gəliri 60,5 milyon manata çatıb. Bu göstərici isə 2012-ci ilin gəlir göstəricilərindən 49% çoxdur.

Bu barədə məlumatı Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Sığorta Nəzarəti Dövlət Xidmətinin rəis müavini Müşfiq İsrafilov verib. Bu barədə Müşfiq İsrafilov İcbari Sığorta Bürosunun fəaliyyətinin 2013-cü ilin yekun nəticələrinə həsr olunmuş tədbirdə açıqlama verib.

Onun sözlərinə görə, 2013-cü ildə sığortaçıların səhmləri 19,5% artaraq 717,8 milyon manata çatıb. Lakin sığorta şirkətlərinin ümumi nizamnamə kapitalı isə 9 % artaraq 320,7 milyon manata çatıb.

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin ümumi səhmləri isə 2013-cü ildə 18,44 % artaraq 405,68 milyon manata, hesabat dövrü üzrə olan ödənişlər isə 30,83% artaraq 122,8 milyon manata çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər