9 C
Baku
Saturday, December 21, 2024

Azərbaycanda sığorta şirkətlərinin reytinqi açıqlandı – SİYAHI

Azərbaycanda sığorta bazarı 2022-ci ilin ilk yarısında 8.7 faiz böyüyüb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.

Məlumata görə, sığorta şirkətlərinin sığorta haqları yığımı 2022-ci ilin yanvar-iyun aylarında  491.61 mln. manat təşkil edib.

Sığorta ödənişləri isə 174.92 mln. manat olub.

Sığortaçıların reytinqinə yığımlar üzrə  “PAŞA Həyat” ASC liderlik edir. Onun yığımları ilin ilk yarısında 206.65 mln. manat, ödənişləri isə 71.42 mln. manat olub. Müvafiq olaraq illik 30% artım, 41% azalma dinamikası var.

“PASHA Holding” iki şirkəti “PAŞA Həyat” və “PAŞA Sığorta” ümumi sığorta bazarının 67%-ə sahibdir.

“Azərsığorta” reytinqdə önəmli mövqe itirib. Onun yığımları illik müqayisədə 90% azalaraq  4.31 mln. manat, ödənişləri isə 72% azalaraq 10.41 mln. manat olub.

43242342423423423

Son xəbərlər
Digər xəbərlər