11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda” təsdiqlənib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”nı təsdiq edib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bu Qayda “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən hazırlanıb və sığortaçının öz vəsaitlərinin, həmçinin sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsini və məcmu kapitalının hesablanması qaydalarını müəyyən edir.

AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Son xəbərlər
Digər xəbərlər