8 C
Baku
Wednesday, February 18, 2026

Azərbaycanda sığortaedənlərin sayı 2.2 mln.-a yüksəlib

2026-cı ilin yanvar ayı ərzində fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 6,6 min vahiddən çox artaraq 2,2 milyon vahiddən çox olub.

Banker.az bunu Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir.

Qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 917, fiziki şəxslər üzrə 5 324, torpaq mülkiyyətçiləri üzrə isə 387 vahid artıb.

2026-cı il yanvar ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 239,8 min nəfər olmuş, onların 51,9 faizini qadınlar təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 452,8 manat olmuşdur

Son xəbərlər
Digər xəbərlər