Azərbaycanda 2023-cü ilin yanvar-iyul aylarında 8 milyard 691 milyon ədəd siqaret istehsal edilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər veri ki, bu da illik müqayisədə 20% artım deməkdir.
Azərbaycanda 1 avqust 2023-cü il tarixinə 842.2 milyon ədəd siqaret ehtiyatı olub.
Qeyd edək ki, bir neçə gün öncə siqaretin qiymətində artım müşahidə olunmuşdur. Belə ki, bəzi siqaretlərin qiymətində 10, bəzilərində isə 20 qəpik artım olmuşdur.
Həmçinin oxu: https://banker.az/az%c9%99rbaycanda-siqaret-bahalasdi-5/