12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda siqaret bahlaşdıqca, əhali onu “tərgidir” – ₼78.6 milyonluq xərc

Azərbaycan əhalisi tütündən istifadədən “əl götürür”. Bunu rəsmi göstəricilərə istinadən Banker.az bildirir. Əhali son illərdə vergi və gömrük xərcləri artırılan tütün məmulatları böyük bahalaşma yaşaması, əhalinin xərclərini azaltmasına səbəb olub.

Cari ilin ilk yarısında Azərbaycanda əhali tütün məmulatlarına 78.65 mln manat həcmində cəmi xərc çəkib. Bu da 2020-ci ilin eyni dövrünə nisbətdə 30.2% azalma deməkdir.

Ölkədə filtrli siqaretlərin qiymətlərində böyük artım müşahidə edilir. Məsələn, 2020-ci ilin iyulunun 1-də yerli istehsal olan siqaretin bir qutusunun qiyməti 1.61 manat (orta ölçüdə) olduğu halda, hazırda bu qiymət 1.97 manata çatıb. Bu da illik 22% artım deməkdir. Xaricdən gətirilən siqaretlərin qiyməti isə 2.40 manatdan 2.78 manata yüksəlməklə illik 16% bahalaşma yaşayıb.

Banker.az-ın rəsmi göstəricilərə istinadla əldə etdiyi rəqəmlər isə istehsalla bağlı müsbət dinamikanı nümayiş etdirir. İlin ilk yarısı Azərbaycan ərazisində 6 888.5 milyon ədəd (bir qutuda 20 ədəd olur) siqaret istehsal edilib ki, bu da 2.3 dəfə artım deməkdir. Bununla belə ölkəyə 494.54 milyon ədəd xaricdən siqaret idxal edilib (11 mln. dollarlıq).2020-ci ilin eynni dövrü ilə müqayisədə 0.5% artımdır.

Hesabatda qeyd edilir ki, cari ilin birinci rübündə əhali siqaretə 35.03 mln manat, ikinci rübündə isə 43.62 mln. manat xərc çəkib. Bu 2020-ci ilin birinci rübündə 56.57 mln. manat, ikinci rübündə isə 56.1 mln. manatlıq xərc çəkmişdi.

Son xəbərlər
Digər xəbərlər