Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4 milyard 705 milyon ədəd papiros və siqaretlər və 298 ton fermentləşdirilmiş tütün istehsal edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 2.6dəfə artıb, fermentləşdirilmiş tütünün istehsalı isə 18.6% artıb.
Qeyd edək ki, ölkədə yanvar ayında istehsal olunan tütün məmulatlarının ümumi dəyəri 170.8 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 98.7% çoxdur.