Azərbaycan 2022-ci ilin yanvar-noyabr aylarında 12 mlrd 041.6 milyon ədəd papiros və siqaret istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% azalma deməkdir.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, Bu ilin 11 ayında Azərbaycanda 4055 ton fermentləşdirilmiş tütün istehsal edilib. Belə ki, 2021-ci lin 11 ayı ilə müqayisədə fermentləşdirilmiş tütün istehsalı 19.7% artıb.