Bu ilin yanvar-avqust aylarında Azərbaycan 9 milyard 71 milyon ədəd papiros və siqaretlər və 1146.9 ton fermentləşdirilmiş tütün istehsal edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə ölkədə papiros və siqaretlərin istehsalı 2 dəfəyə yaxın artıb, fermentləşdirilmiş tütünün istehsalı isə 63% azalıb.
Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 55.1 faiz, qida məhsullarının istehsalında 6.2 faiz, içki istehsalında isə 2,9 faiz artım müşahidə olunmuşdur.