“GL” Açıq Sәhmdar Cәmiyyәti hәr birinin nominal dәyәri 1 000 ABŞ dolları olan 400 әdәd faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazlar buraxır.
Banker.az xəbər verir ki, istiqrazlar üzrә hesablanmış faizlәr, buraxılışda olan ilk istiqrazın yerlәşdirildiyi tarixdәn etibarәn hәr ayda bir dәfә (hәr bir ayın 30 gün olduğunu qәbul etmәk şәrti ilә) ödәnilәcәkdir.
“GL” ASC daşınar әşyaların girov qoyulması müqabilindә qısamüddәtli kreditlәrin verilmәsini hәyata keçirәn vә daşınar әşyaları saxlamaya qәbul edәn kommersiya hüquqi şәxsdir.Tәşkilat tәminatlı kredit bazarında rәqabәt aparır.
– İstiqrazların növü: faizli, tәminatsız, sәnәdsiz, adlı istiqrazlar;
– İstiqrazların valyutası: ABŞ dolları;
-Tәdavül müddәti: 5 (beş) il;
– İstiqrazlarla tәsbit olunan mәhdudiyyәtlәrin tәsviri: Mövcud deyil.
İstiqrazlarla tәsbit olunmuş hüquqların tәsviri:
‐ İstiqrazların tәdavül müddәti bitdiyi vaxtda İstiqrazın nominal dәyәrini emitentdәn almaq;
‐ İstiqrazın nominal dәyәrindәn illik 15 faiz olmaqla, istiqrazların tәdavül müddәti әrzindә faiz gәliri almaq;
‐ Emintentin lәğvi, yaxud emitentin kreditorlarının tәlәblәrinin ödәnilmәsinin tәminatına real tәhlükәyә sәbәb olan onun yenidәn tәşkili barәdә qәrәr qәbul edildikdә, habelә Emitent müflis elan olunduqda İstiqrazların nominal dәyәrinin vә hәmin anadәk hesablanmış, lakin, ödәnilmәmiş faizlәrin vaxtından әvvәl ödәnilmәsini Emitentdәn tәlәb etmәk;
‐ Azәrbaycan Respublikasının qanunvericiliyindә nәzәrdә tutulmuş digәr hüquqlar.
Xatırladaq ki, “GL” ASC nizamnamə kapitalını 50 125 manat artıtır. Şirkət hər birinin nominal dəyəri 2005 manat olan 25 ədəd adi, adlı, sənədsiz səhm emissiya edir.