7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda şirkət direktoruna qarşı cinayət işi qaldırılıb

“Sahil-D” MTK-nın icraçı direktoru Adilağa Hüseynov-a cinayət işi başlanılıb.

İcraçı direktor iki nəfər qarşı dələduzluqda günahlandırılıb. Ona Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

A.Hüseynov barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Hüseynov Adilağa Minəxan oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci, yəni, səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə iş açılıb. Xətai rayon Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

Son xəbərlər
Digər xəbərlər