7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda şirkət iaşədən 6 mln. manat gəlir, 647 min manat xalis mənfəət əldə edib

“SAF Catering” MMC 2023-cü ildə gəlirləri yüksəlib və bu xalis mənfəətinin artmasına səbəb olub.

Banker.az xəbər verir ki, şirkət 2023-cü ildə 6.02  milyon manat gəlir əldə edib. Bu illik müqayisədə gəlirlərin illik 33 faiz artması deməkdir. 2022-ci ildə onun gəlirləri 4.52 mln. manat olmuşdu.

Şirkətin satışlarının maya dəyəri illik müqayisədə cəmi 17% artımla 3.36 manat olub ki, bu da şirkətin ümumi mənfəətinin 1.64 mln. manatdan 2.66 mln. manata qalxıb.

Şirkətin bütün gəlir və xərclər fərqindən sonra 647 min manat xalis mənfəət əldə edib. 2022-ci ildə xalis mənfəəti 283 min manat idi. Şirkətin bölüşdürülməmiş mənfəəti isə 1.23 mln. manata yüksəlib.

Hesabat müddətində təsisçiyə 120 min manat dividend ayırıb. Öncəki ildə 598 min manat dividend ayırmışdı. Şirkətin təsisçisi “SAF Tesis Yönetimi və Endüstrial Temizlik Hizmetleri” MMC-dir. Şirkətə Ağa Orucov Şahhüseyn oğlu nəzarət edir.

Son xəbərlər
Digər xəbərlər