19 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda şirkət ləğv edilərək 12 milyonluq şirkətə birləşir

Azərbaycanda iki şirkət birləşir.

Banker.az xəbər verir ki, “Agro Dairy Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğu və “Agro dairy” Məhdud Məsuliyyətli Cəmiyyəti “Agro Dairy Operations” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyi elan edilir.

Qeyd edək ki, “Agro Dairy” MMC 2014-cü ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 11 800 000 manatdır və qanuni təmsilçisi Vahid Hacıyevdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər