2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda şirkət ləğv edilərək 7 milyonluq şirkətə birləşir

Azərbaycanda iki şirkət birləşir.

Banker.az xəbər verir ki, “SEN İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verərək “İNAM-2019” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulmasını elan edir.

“İNAM-2019” Məhdud Məsuliyyətli Cəmiyyəti “SEN İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Qeyd edək ki, “İNAM-2019” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 6 626 528 manatdır və qanuni təmsilçisi Rasim Aslanovdur.

Son xəbərlər
Digər xəbərlər