Azərbaycanda 2 şirkət birləşdi.
Banker.az xəbər verir ki, “Samir” Firması “Ultimate Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşularaq ləğv edilir.
“Ultimate Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti ona “Samir” Firmasının qoşulması nəticəsində yenidən təşkil edilir.
Qeyd edək ki, “Ultimate Solutions” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 1 393 081 manatdır və qanuni təmsilçisi Fərid Zeynalovdur.