17 C
Baku
Friday, September 27, 2024

Azərbaycanda şirkət müştərilərə xidməti və idarəetməni distant həyata keçirəcək®

Azərbaycanda plastik  borular, həmçinin polietilen və PVC boru istehsalını və satışını həyata keçirən lider şirkətlərdən hesab edilən “Polymart” şirkəti COVİD-19 virusunun yayılmasının təhlükəsi ilə əlaqədar olaraq müştərilərə distant xidmət göstərmək barədə qərar qəbul etmişdir.

Şirkətdən Banker.az redaksiyasına  verilən məlumata görə, şirkətin nümayəndələri 16 – 29 Mart 2020-ci il tarixlərində müştərilərə distant xidmət göstərəcək.

“Polymart” şirkəti qeyd olunan tarixlərə təsadüf edən iş günləri ərzində müştərilərin müraciətlərini operativ cavablandırmaq üçün növbətçi şəxs təyin etməklə yanaşı, şirkətin digər əməkdaşları da telefon və digər onlayn vasitələrlə müraciətləri qəbul edəcək, cavablandıracaq və məhsulların satışını həyata keçirəcəkdir.

4-cü sənaye inqlabının vüsət aldığı günümüzdə şirkətdə quraşdırılmış ERP, CRM sistemləri şirkətə idarəetməni və müştərilərinə xidməti distant davam etdirməyə imkan verir.

“Polymart” şirkəti koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında operativ qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə alınmaqla kənardan xidmət göstərməyə qərar verib.

Qeyd edək ki, “Polymart” MMC 2015-ci ildən plastik boru, pvc boru, polietilen boru və s. istehsalı fəaliyyətinə başlamışdır. Bu gün “Polymart” MMC-nin tərkibində bir zavod (3000 m2), beş nümayəndəlik, iki xarici ölkədə ofisi, bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir.

Zavodda Almaniya, Avstriya və İtaliya istehsalı olan istehsal avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli, standartlara cavab verən, müxtəlif ölçülərdə və parametrlərdə, P-Plast markalı boru, qaz boruları, su boruları və boru birləşmələrin istehsal etməyə imkan verir.

Əlaqə:

Tel: +994 12 464 83 70

Mob: +994 51 788 88 33

[email protected]

https://www.polymart.az
Son xəbərlər
Digər xəbərlər