Ağdam Sənaye Parkında “Tabaterra” MMC-yə məxsus tütün məmulatlarının istehsalı müəssisəsinin bu ilin iyun ayında fəaliyyətə başlaması nəzərdə tutulub.
Banker.az “Azərtac”a istinadən xəbər verir ki, Fabrikin fəaliyyətə başlaması yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq. Ümumilikdə 70 milyon manat təşkil edən investisiya layihəsi çərçivəsində 300 nəfər daimi işlə təmin ediləcək.
Əməkdaşların yaşayışı üçün isə “Tabaterra” MMC tərəfindən Ağdam Rezidens kompleksində 208 mənzil alınıb.