Azərbaycanda şirkət rəhbəri maliyyə fırıldağına görə işdən azad edilib

2023-cü il fevralın 17-dən şirkə­tin əvvəlki qanuni təmsilçisi Əliniyaz­zadə Pərviz Əlimurtuza oğlu maliyyə fırıldaqları ilə məşğul olduğu aşkar edildiyinə görə işdən azad edilmiş­dir.

Banker.az-ın məlumatına görə, şirkətin təsisçiləri bildirir ki, araşdırmalar sona çatana qədər şirkətlə müqavilə əsasında, yaxud hər hansı bir formada iş birliyi quran təşkilat və şirkət rəhbərlərinin nəzərə almaları xahiş olunur.

Qeyd edək ki, “Azinfo Dış Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialı 2016-ci ildə dövlət qeydiyyatına alınıb, hazırda qanuni təmsilçisi Oztanlılar Esref Hakandır.

Son xəbərlər
Digər xəbərlər