14 C
Baku
Thursday, November 21, 2024

Azərbaycanda şirkət taxıldan 11.15 mln. manat xalis mənfəət əldə edib

Nadir Quliyev adına “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili də xalis mənfəətlə başa vurub.

Bunu Banker.az “Bakı Taxıl”ın illik maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, qurum ötən il ərzində 22.18 milyon manat əsas əməliyyat gəliri əldə edib. Bu 2021-ci ildə 16.13 mln. Manat olduğunu nəzərə nəzərə alsaq əsas əməliyyat gəlirləri illik 37 faiz artmış olub.

Beləliklə, 21.72 mln. manatlıq ümumi əməliyyat xərcləri, 21.18 mln. manatlıq satış gəliri və digər gəlir və xərclər fərqindən sonra “Bakı-Taxıl”ın xalis mənfəəti 11.15 mln. manat təşkil edib.

2021-ci ildə “Bakı Taxıl” 0.84 mln. manat xalis mənfəət əldə etmişdi.

Nadir Quliyev adına “Bakı Taxıl” ASC 1998-ci ildə şirkət kimi qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 7 511 380 manat təşkil edir. Şirkətin İdarə Heyətinin sədri Bəsirət Quliyev Nadir oğludur.

Son xəbərlər
Digər xəbərlər