11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda şirkət və təşkilatların aktivlərinin həcmi 312 milyard manata yüksəlib

Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə müəssisə və təşkilatların aktivlərinin həcmi 311.99 milyard manata yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Hesabata əsasən, bu da illik müqayisədə 5% artımdır.

Ölkə iqtisadiyyatının əsas drayveri olan mədənçıxarma sənayesinin aktivlərinin həcmi 143 mlrd. manat təşkil edib.

Aktivlərin 106.33 milyard manatı dövlət mülkiyyətində olan müəssələrin payına düşür.

Qeyd edək ki, bu hesabatda bank və kredit təşkilatlarının aktivləri nəzərə alınmır.

 

1 yanvar 2023-cü il tarixinə Azərbaycanda müəssisə və təşkilatların aktivləri, milyon manatla

İqtisadi fəaliyyət növləri üzrə, cəmi  2021-ci il  2022-ci il
Respublika üzrə            297,353.19            311,986.19
o cümlədən:
 Mədənçıxarma sənayesi               143,920.2               148,000.3
 Emal sənayesi                 39,563.2                 37,208.2
 Tikinti                 21,832.0                 25,606.7
 Nəqliyyat və anbar təsərrüfatı                 19,735.2                 20,484.5
 Ticarət; nəqliyyat vasitələrinin təmiri                 12,291.5                 15,214.8
 Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı                 12,647.6                 13,065.9
 Daşınmaz əmlakla əlaqədar əməliyyatlar                   8,897.3                 11,853.1
 Su təchizatı; tullantıların təmizlənməsi və emalı                 10,037.0                 10,261.0
 Peşə, elmi və texniki fəaliyyət                   7,692.0                   9,067.2
 İnformasiya və rabitə                   5,398.0                   5,706.0
 İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət                   3,880.3                   4,550.1
 Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq                   3,089.5                   3,450.9
 Yaşayışın təşkili və ictimai iaşə                   1,640.0                   1,782.7
 Maliyyə və sığorta fəaliyyəti                   1,545.2                   1,560.3
 İnzibati və yardımçı xidmətlərin göstərilməsi                       807.1                   1,197.9
 Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat                   1,111.1                   1,190.2
 Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi                       865.4                       768.1
 Digər sahələrdə xidmətlərin göstərilməsi                   1,773.5                       635.0
 Təhsil                       627.4                       383.3

 

1 yanvar 2023-cü il tarixinə Azərbaycanda dövlət mülkiyyətində olan müəssisə və təşkilatların aktivləri, milyon manatla

İqtisadi fəaliyyət növləri üzrə, cəmi  2021-ci il  2022-ci il
İqtisadi fəaliyyət növləri üzrə, cəmi               106,048.3               106,331.4
o cümlədən:                              –                              –
Mədənçıxarma sənayesi                 22,167.8                 23,289.6
Emal sənayesi                 26,275.0                 22,583.8
Nəqliyyat və anbar təsərrüfatı                 14,998.3                 15,690.3
Tikinti                 11,570.5                 12,887.8
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı                 12,472.3                 12,851.7
Su təchizatı; tullantıların təmizlənməsi və emalı                   9,210.9                   9,395.3
İnformasiya və rabitə                   2,245.4                   1,983.8
Peşə, elmi və texniki fəaliyyət                   1,734.0                   1,779.5
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət                   1,149.1                   1,374.6
Dövlət idarəetməsi və müdafiə; icbari sosial təminat                   1,111.1                   1,190.2
Maliyyə və sığorta fəaliyyəti                       872.4                       801.4
Ticarət; nəqliyyat vasitələrinin təmiri                       504.3                       686.8
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar                       549.5                       607.8
İnzibati və yardımçı xidmətlərin göstərilməsi                       370.3                       493.4
Yaşayışın təşkili və ictimai iaşə                       311.4                       300.6
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi                       295.7                       214.4
Təhsil                       169.6                       144.5
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq                         39.4                         54.6
Digər sahələrdə xidmətlərin göstərilməsi                            1.4                            1.2

 

Son xəbərlər
Digər xəbərlər