Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Meta-Kapital” MMC-yə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilib.
Bu barədə tənzimləyici qurumdan bildirilib.
Bununla da, ölkədə bu növ lisenziyası olan şirkətlərin sayı “Eliko”, “Delta Capital”, “Zuhur” və “Bakı Mərkəzi Valyuta” MMC-lərlə birlikdə 5-ə çatıb.
Xatırladaq ki, “Meta-Kapital”ın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 33, mənzil 41 olsa da, şirkət Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 7B ünvanında fəaliyyət göstərir.