9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda şirkət yumşaq polimer qablaşdırma məhsulları istehsalına başlayır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “AK PACK” MMC-nin yumşaq polimer qablaşdırma məhsullarının istehsalı müəssisəsində son tamamlama işləri görülür.

Bu barədə Banker.az-a İZİA-dan bildirilir.

Agentlik bildirir ki, hazırda müəssisədə avadanlıqların sınaq-sazlama işlərinə başlanılıb, yaxın günlərdə isə xammal və hazır məsul anbarının tikintisinə start veriləcək.

İtaliya Türkiyə texnologiyalarının tətbiq olunacağı müəssisədə 2 istehsal xətti üzrə 20 çeşiddən çox məhsul istehsal ediləcək.

İnvestisiya dəyəri 7 milyon manatdan çox olan müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək.

İstehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Orta Asiya, Yaxın Şərq və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur.

Qeyd edək ki, “AK PACK” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib və müəssisənin 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər