18 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda şirkətin dövlətə məxsus payı özəlləşdirildi

“Sumqayıt Tekstil” MMC-dəki dövlət payının satışı ilə bağlı 30 may 2023-cü il tarixində elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. 

Banker.az Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC müsabiqənin qalibi elan olunub.

İmzalanmış alqı-satqı müqaviləsinə uyğun olaraq, investor dövlət büdcəsinə 5 milyon manatın köçürülməsinə, həmçinin 2 il ərzində müəssisədə 9.1 milyon manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəliklər götürüb.

İnvestisiya Proqramı çərçivəsində müasir avadanlıqların, nəqliyyat vasitələri və texnikanın, xammalın alınması, tikililərin təmiri və yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi, müəssisədə 350 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Son xəbərlər
Digər xəbərlər