Banker.az xəbər verir ki, müvəqqəti olaraq direktor vəzifəsini icra edən Röyal Camalov Vəkil oğlu bu vəzifədə Maşallah Tağıyev Saleh oğlunu əvəz edir.
Röyal Camalov buna qədər şirkətin maliyyə direktoru vəzifəsini icra edirdi. Bundan öncə “Səba” ASC və “Sumqayıt Texnologiyalar Parkı” MMC-də müvafiq sahə üzrə çalışıb.
ATS ölkədə aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə əməkdaşlıq edən, alıcılara kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətdir.
ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, yüksək keyfiyyətli un məhsulları fabrikləri daxildir.