Azərbaycanda sahibkarlıq subyektlərində işçilərin orta aylıq nominal əməkhaqlarının 2024-cü ilin III rübü ilə müqayisədə IV rübdə əksəriyyəti dəyişməz qalacağını düşünüb və bu da öncəki rüblə müqayisədə bir qədər yüksəkdir.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Belə ki, işçi əməkhaqlarının artma, dəyişməz qalma və ya azalmasına dair respondentlərin fikirlərinin təhlili belədir:
Artacaq (11.6%)
Sahibkarlıq subyektlərinin 11,6%-i IV rübdə işçi əməkhaqlarının artacağını gözləyir.
Dəyişməyəcək (85.9%)
Subyektlərin böyük əksəriyyəti (85.9%) əməkhaqların sabit qalacağını düşünür.
Azalacaq (2,5%)
Yalnız 2,5%-i əməkhaqların azalacağını proqnozlaşdırır.
Öncəki rübdə müvafiq olaraq III rüb üçün 12.3% artım, 85.6% sabit və 2.1% azalma proqnoz etmişdilər.
Elektrik avadanlıqlarının istehsalı, əczaçılıq məhsullarının istehsalı, metal filizi üzrə mədənçilər digərləri ilə müqayisədə daha çox – 50% üzərində öz əməkhaqları üzrə artım gözləyirlər.