6 C
Baku
Monday, January 13, 2025

Azərbaycanda şirkətlərin bu il dövlətə ödədiyi mənfəət vergisi azalıb

Azərbaycan şirkətləri 2024-cü ilin ilk üç rübündə dövlət büdcəsinə 5 milyard 233 milyon manatlıq mənfəət vergisi ödəyiblər.

Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu da illik müqayisədə 1 mlrd. 500 mln. manat və ya 22 faiz azdır.

Keçən ilin üç ayında yerli hüquqi şəxslər dövlət büdcəsinə 6 mlrd. 733 mln. dollar mənfəət vergisi ödəmişdilər.

2023-cü ili tam olaraq şirkətlər dövlətə 8 mlrd. 25 mln. manat mənfəət vergisi ödəmişdilər və bunun da 606 mln . manatı SOCAR-ın payına düşmüşdü.

Qeyd edək ki, 1 yanvar 2024-cü il tarixinə olan məlumata görə, Azərbaycanda şirkət və təşkilatların ümumilikdə bölüşdürülməmiş mənfəəti son bir ildə 15.53 mlrd. manatdan 16.65 mlrd. manata yüksəldiyi açıqlanıb.

Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da, bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.

AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən, müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.

Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amortizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti 217 500 manat, mənfəət vergisi isə 43 500 manat olacaq.

Son xəbərlər
Digər xəbərlər