18 C
Baku
Sunday, September 29, 2024

Azərbaycanda şirkətlərin dövlət reyestri ilə bağlı dəyişiklik gəlir

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişik edilməsi Milli Məclisin gündəliyinə salınıb.

Banker.az bildirir ki, bu qanun layihəsi sabahki iclasda ilk oxunuşda səsverməyə çıxarılacaq.

Qanun layihəsində bu qanunlar daxil edilib:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual 487-5.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.”.

Maddə 2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 12.8.1-ci maddəyə “yenidən təşkili,” sözlərindən sonra “məhkəmənin qərarı ilə yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi,” sözləri əlavə edilsin;

(Həmin maddədə deyilir: 12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi, ləğv edilməsi barədə məlumatlar; )

14.1.9-1-ci maddəyə “hüquqi şəxsin yenidən” sözlərindən əvvəl “məhkəmənin qərarı ilə” sözləri əlavə edilsin

(Həmin maddədə deyilir: 14.1.9-1. hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;)

Son xəbərlər
Digər xəbərlər