18 C
Baku
Thursday, May 30, 2024

Azərbaycanda şirkətlərin qiymətli kağızları onlayn satılacaq – Taleh Kazımov

Mərkəzi Bank fond bazarında elektron qaydada satışın təşkil olunması üçün bir neçə investisiya şirkəti ilə danışıqlar aparır.

Bunu Banker.az-ın sorğusuna Mərkəzi Bankın sədri Taleh Kazımov press-konfrasında bildirib.

“Ümidvarıq ki, orta müddətdə bu istiqamətdə yeni məlumatlar verəcəyik. Sözsüz başa düşürük ki, qonşu ölkələrdə beynəlxalq təcrübə bu sahədə çox aktiv inkişaf edib və biz də istərdik ki, qiymətli kağızlar bazarında rəqəmsal səhmlər və istiqrazların alınıb-satılması həyata keçirilsin”, – deyə o, əlavə edib.

O həmçinin digər sorğuya da cavab verib. Sorğu ondan ibarət idi ki, ölkədə əksər şirkətlər istiqrazlar emissya edəndə 1000 valyuta nominalından yuxarıda qiymət müəyyən edirlər. O buna cavab olaraq deyib ki, bu şirkət tərəfindən müəyyən edilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər