9 C
Baku
Wednesday, December 17, 2025

Azərbaycanda şirkətlərin sayı 203 minə çatıb: Onlardan 89% yerli investsiyalıdır

2025-ci ilin dekabr ayının 1-nə Azərbaycan Respublikası üzrə uçotda olan 1 667 152 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 6,9 faiz artıb.

Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 203.001 vahid təşkil edib.

2025-ci ilin yanvar – noyabr aylarında 12 957 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 88,8 faizi yerli investisiyalı, 11,2 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,4 faiz təşkil edib.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.

Qeyd edək ki, bu şirkətlər 2025-ci ilin ilk ayında dövlətə 6 milyard 491,9 milyon manat həcmində mənfəət vergisi ödəyiblər. Öncəki ildə bu rəqəm 6 mlrd. 525,3 mln. manat idi.

Son xəbərlər
Digər xəbərlər