2026-cı ilin yanvar–fevral aylarında Azərbaycana smartfon idxalı illik müqayisədə həcm baxımından azalsa da, qiymətlər xeyli qalxıb.
Banker.az xəbər verir ki, hesabat dövründə ölkəyə 163 min ədəd smartfon idxal olunub və bunun ümumi dəyəri 72 milyon 542.9 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə isə idxal 183 min ədəd və 54 milyon 235.08 min dollar olub. Beləliklə, idxalın həcmi illik müqayisədə 11% azalıb, dəyəri isə 33.8% artıb.
Orta idxal qiyməti də yüksəlib. 2026-cı ilin ilk iki ayında bir ədəd smartfonun orta idxal qiyməti 445 dollar deməkdir. Bu göstərici 2025-ci ilin eyni dövründə 296 dollar səviyyəsində formalaşıb. Nəticədə orta qiymət təxminən 50.3% artıb.
Ölkələr üzrə strukturda Çin əsas tədarükçü olaraq qalır. 2026-cı ildə Çindən idxal 115 min ədəd və 53164.82 min dollar olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm üzrə 25.2% azalma, dəyər üzrə isə 27.6% artım deməkdir. Vyetnamdan idxal 45 min ədəd və 17 milyon 634.69 min dollar təşkil edib və bu istiqamət üzrə həcm 69%, dəyər isə 50.4% artıb.
Hindistandan idxal 2 644 ədəd və 1 milyon 739.23 min dollar olub və illik müqayisədə həcm üzrə 25.5%, dəyər üzrə isə 115.6% artım qeydə alınıb. Koreya Respublikasından idxal isə 230 ədəddən 2 ədədə düşərək kəskin azalıb.





