Azərbaycanda əhalinin 2024-cü ilin ilk ayından smartfon alışına tələbi kəskin artıb və yanvarda ölkədən xaricə ən çox valyuta axınına səbəb olan məhsula çevrilib.
Banker.az-ın əldə etdiyi rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar ayında Azərbaycan xaricdən ölkəyə 117 687 ədəd smartfon idxal edib. İdxal edilmiş məhsulun dəyəri $35.42 mln. olub.
2023-cü ilin eyni müddətində bu rəqəm 69 362 ədəd olub ki, bunun da dəyəri $17.05 mln. təşkil edib.
Cari ildə smartfon idxalı illik müqayisədə 70 faiz artıb.
Bu məhsul hazırda Azərbaycanda ən çox idxal olunan məhsuldur. Məsələn, öncəki ildə 8-ci ən çox idxal olunan məhsul idi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Smartfonların biri orta qiymətlə ölkəyə $246-a alınırdısa, cari ildə bu qiymət $301-ə yüksəlib.
Çin Azərbaycanın smartfon bazarında həmişəki kimi liderdir.
Azərbcaycanın idxal etdiyi smartfonlar, 2024-cü ilin yanvarı | ||
Miqdar, əd. | Dəyər, min $ | |
Cəmi | 117687 | 35416.18 |
Çin | 85265 | 26,009.31 |
Vyetnam | 24806 | 7,403.31 |
Hindistan | 7133 | 1,513.14 |
ABŞ | 352 | 422.23 |
BƏƏ | 24 | 28.51 |
İndoneziya | 75 | 22.72 |
Fransa | 26 | 12.12 |