2021-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1 338.4 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz az vəsait yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 13.5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 49 faiz azalmışdır. İstifadə olunmuş vəsaitin 1 071.2 milyon manatı və ya 80 faizi məhsul istehsalı sahələrinə, 146.8 milyon manatı (11 faizi) xidmət sahələrinə, 120.4 milyon manatı (9 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 678.4 milyon manatını və ya 50.7 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1 143.1 milyon manatı və ya 85.4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 74 faiz, bank kreditləri 9.7 faiz, əhalinin şəxsi vəsaitləri 9.1 faiz, sair vəsaitlər 3.8 faiz, büdcə vəsaitləri isə 3.4 faiz təşkil etmişdir.