Azərbaycanda mövcud ev təsərrüfatı və biznes subyektlərinin 80%-dən çoxu genişzolaqlı internetə çıxış əldə edib.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyev Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında deyib.
“Son 2 ildə ölkədə internetin orta sürəti 94% artıb. Sürətin daha da artırılması istiqamətində fəaliyyətimiz davam edir”, – deyə o qeyd edib.