6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda son ayda banklararası “dollar” kreditlərinin faizləri qalxıb

Azərbaycanda banklararası kreditlər üzrə orta faiz dərəcələri oktyabrda milli valyutada azalsa da, xarici valyutada artıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Banklar arası orta faiz dərəcəsi son bir ayda (1-31 oktyabr) milli valyuta üçün 9.18%-dən 8.28% düşüb, xarici valyuta üçün isə 4.17%-dən 4.92%-ə qədər yüksəlib.

Bu artıma səbəb isə banklararası kreditlərdə 1 ildən yuxarı verilmiş xarici valyutada olan kreditlərin orta faiz dərəcəsinin 4.65%-dən 5.00%ə qədər yüksəlməsidir.

Son xəbərlər
Digər xəbərlər