Azərbaycanda 2020-ci ilin 8 ayı ərzində hava nəqliyyatı ilə 491.3 min nəfər sərnişin daşınıb ki, bunun da 340.5 min nəfəri yanvar və fevral aylarında daşınıb.
Ölkədə koronavirusdan sonra sərhədlərin bağlanması xarici reyslərin ləğvinə səbəb olub. Nəticədə, öncəki ildəkindən 4 dəfəyə yaxın az sərnişin daşınması həyata keçib.
Lakin, 2019-cu ilin yanvarından hava nəqliyyatının daşınması üzrə qiymətlərdə müşahidə edilən sabitlik avqusta pozulub. İlin ilk ayında ölkədə hava ilə sərnişin daşınması 2.2%, ikinci ayında isə 0.1% azalma müşahidə edilmişdi. Dövlət Statistika Komitəsinin açıqlamasına görə, ölkədə hava ilə sərnişindaşıma xidməti 2.9% bahalaşıb. Beynəlxalq aviareyslərdə 1 gedişin qiyməti 383.63 manat olub, bu öncəki ayda 356.12 manat idi.
2019-cu ildə hava nəqliyyatı üzrə Azərbaycandakı qiymətlərdə heç bir bahalaşma baş verməmişdi.