37 C
Baku
Monday, July 14, 2025

Azərbaycanda son ayda işsizlik səviyyəsi 5.3%-dən aşağı düşüb – DSK

Azərbaycanda işsizlik səviyyəsi uzun illərin minimumuna düşüb. 1 iyun tarixinə olan məlumata görə, ölkədə işsiz əhalinin sayı son bir ayda 1 100 nəfər azalaraq 281.8 min nəfərə düşüb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da işsizlik səviyyəsinin 5.31 faizdən 5.27 faizə düşməsi deməkdir. İşsizlik səviyyəsi 2024-cü ilin avqustundan bu tərəfə 5.3 faizə düşüb.

Bununla belə qeyd edilməlidir ki, ölkədə iyun aylarında işəgötürmələr daha yüksək olduğundan bu statistikaya da təsir edir. Məsələn, 2022, 2023 və 2024-cü ilin iyununda işsizlərin sayı müvafiq olaraq 1 700 nəfər, 2 700 nəfər, 2 500 nəfər ətrafında azalmışdı. Belə olduğu halda cari ildəki işsizlərin azalması öncəki ildən daha zəif olub.

2025-ci il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 344.1 min nəfər olmuş, onlardan 5 milyon 62.3 min nəfərini məşğul əhali təşkil edib.

Xatırladaq ki, ölkədə orta aylıq əməkhaqqı iyunda illik müqayisədə 9 faiz artımla 1 095 manat olub.

345

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 769.2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 873.0 min nəfər, qeyri-dövlət sektorunda isə 896.2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.1 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 738.1 min nəfər çalışmışdır. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.6 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.5 faizi emal sənayesi, 6.6 faizi tikinti, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.8 faizi mədənçıxarma sənayesi, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.6 faizi təhsil, 8.6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 3.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3.0 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 2.0 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Son xəbərlər
Digər xəbərlər