Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq 25 363 (ilin əvvəlindən 7.6% və ya 1 794 əməkdaş) nəfər təşkil edib.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Onu da qeyd edək ki, noyabr ayının sonuna bank işçilərinin sayı 25 219 nəfər olub.
31 dekabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 230 olub.