Azərbaycanda 2020-ci ilin sentyabr ayında bank işçilərinin sayı 18 555 nəfər olub.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2019-cu ilin sentyabr ayında isə bank sektorunda çalışan işçilərin sayı isə 18 911 nəfər olub. Belə ki, illik müqayisədə bank işçilərinin sayı 356 nəfər və yaxud 2% azalıb.
Bildirək ki, 2020-ci ilin avqust isə bank sektorunda çalışan işçilərin sayı 18 489 nəfər təşkil edib ki, bu da aylıq müqayisədə cari ilin sentyabr ayında 66 nəfərin artması deməkdir.