2025-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1769,2 min nəfər olmuş, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2025-ci il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1771.7 min nəfər olmuş, onlardan 876.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895.4 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Belə ki, aylıq müqayisədə dövlət sektorunda işləyənlərin sayı 3.3 min nəfər azalıb, özəl sektorda isə 800 nəfər artıb.